“Bavariya”nın yeni baş məşqçisi bəlli oldu

bavariyanin-yeni-bas-mesqcisi-belli-oldu
Oxunma sayı: 3641

Yulian Nagelsmannın baş məşqçi postundan azad olunmasından az sonra “Bavariya”nın sükanı arxasına Tomas Tüxel keçib.

“Qafqazinfo” xarici mediaya istinadla xəbər verir ki, yeni mütəxəssis klubla 2,5 illik müqavilə imzalayıb.

Münxen klubunun baş məşqçisi kimi Tüxel keçmiş komandası “Borussia Dortmund” ilə oyunun hazırlıqlarına başlamaq üçün bazar ertəsi ilk məşqinə çıxacaq.