Bayden İrana çağırış etdi

bayden-irana-cagiris-etdi
Oxunma sayı: 3596

ABŞ Prezidenti Co Bayden İranı İsrailə zərbə endirməməyə çağırıb. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Bayden bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. 

“Biz İsraili dəstəkləyəcəyik, onu müdafiə etməyə yardım edəcəyik. İran uğura nail olmayacaq”, - deyə ABŞ lideri qeyd edib. 

Hazırda İrana hansı mesajı vermək istədiyinə dair suala isə Bayden “Bunu etməyin” deyə cavab verib.