Baydenin oğlunun silah qabında narkotik tapıldığı iddia edilir

baydenin-oglunun-silah-qabinda-narkotik-tapildigi-iddia-edilir
Oxunma sayı: 1176

Ötən il ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin əlisilahlı görüntüləndiyi iş ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

“Qafqazinfo” məlumatla bağlı xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, hadisədə kokain izlərinin tapıldığı iddia edilib.

Məlumata görə, Hanter Bayden silah qabığında kokaini gizlətməkdə şübhəli bilinir.

ABŞ-nin xüsusi prokuroru Deyvid Veys, Baydenin qeyri-qanuni silahlanması ilə bağlı ilkin olaraq 52 səhifəlik ittihamnamə hazırlayıb.

Qeyd edək ki, ABŞ federal qanunlarına görə, qanunsuz silah daşımaq  və ya narkotik istifadəçisi kimi odlu silah sahibi olmaq cinayət sayılır.