“Bayer” güclü təzyiq göstərdi” - Video

bayer-guclu-tezyiq-gosterdi
Oxunma sayı: 2127

“Qarabağ”la müqaviləm var, davam edir. Növbəti sezon əlimdən gələni edəcəm”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir Avropa liqasının 1/8 finalında "Bayer"ə 2:3 uduzduqları oyundan sonra deyib.

O, almanların ilk hissədə müdafiədə təzyiq göstərdiyini qeyd edib: “İkinci hissədə fərqli oyun ortaya qoyduq. Oyuna geridən başladıq.Və mənim epizodum qolla bitdi. “Bayer” böyük komandadır. Bundan sonra yalnız səhvlərimizdən nəticə çıxarmalıyıq”.

Futbolçu çempionatda Azərbaycanı yaxşı şəkildə təmsil etməyin vacibliyini vurğulayıb: “Qarabağla müqaviləm var, növbəti sezon çalışacam ki, avroliqada yaxşı yerlərə çataq. Hazırda isə əsas məsələ liqada çempionluğu əldə etməkdir”.