“Bayer” “Vest Hem”ə rəqib oldu

bayer-vest-heme-reqib-oldu
Oxunma sayı: 3715

Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılıb. “Qafqazinfo” xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.

1/8 finalda “Qarabağ”ı üstələyən “Bayer”in də növbəti rəqibi bəlli olub.

1/4 final

“Milan” (İtaliya) – “Roma” (İtaliya)
“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)
“Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Olimpik” (Marsel, Fransa)

Yarımfinal

“Benfika”/“Olimpik” (Marsel) – “Liverpul”/“Atalanta”
“Milan”/“Roma” – “Bayer”/“Vest Hem”

1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.