“Bayer”in əsas oyunçusu “Qarabağ”la matçı buraxacaq

bayerin-esas-oyuncusu-qarabagla-matci-buraxacaq
Oxunma sayı: 2097

Almaniyanın “Bayer” (Leverkuzen) klubunun futbolçusu Viktor Bonifes aldığı zədəyə görə bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

“Qafqazinfo” “Bild”ə istinadən xəbər verir ki, forvard yalnız aprel ayında məşqlərə qayıda bilər.

Nəticədə hücumçu Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”a qarşı keçirilən hər iki oyunu buraxacaq.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında  ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə martın 14-də Leverkuzendə olacaq.