Bayraktardan Azərbaycana növbəti dəstək

bayraktardan-azerbaycana-novbeti-destek
Oxunma sayı: 11303

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar növbəti dəfə Azərbaycana dəstəyini nümayiş etdirib.

“Qafqazinfo” xəbər verir ki, Bayraktar Şuşanın azad edilməsi ilə bağlı tvit paylaşıb.

“Şükürlər olsun, 28 illik həsrəti Ana Vətəninə qovuşduran Rəbbimizə”, - deyə Selçuk Bayraktar Azərbaycan xalqının sevincini bölüşüb.

Xatırladaq ki, S.Bayraktar bundan əvvəl də Gəncə qətliamına da biganə qalmamış, erməni terrorunu pisləmişdi.