Bayramov belaruslu həmkarı ilə görüşdü - Fotolar

bayramov-belaruslu-hemkari-ile-gorusdu
Oxunma sayı: 1359

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində belaruslu həmkarı Sergey Aleynik (Sergei Aleinik) ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in  “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüş çərçivəsində nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin geniş spektrini müzakirə ediblər, həmçinin Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində sahələri nəzərdən keçiriblər.