Bayramov Bono ilə regiondakı mövcud vəziyyəti müzakirə etdi

bayramov-bono-ile-regiondaki-movcud-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1289

Martın 18-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub.

C.Bayramov Münhen Təhlükəsizlik Konfransı və Berlində keçirilmiş görüşlərdən irəli gələn məsələlər, Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Azərbaycanın sülh prosesinə sadiqliyi qeyd olunub.

Görüş zamanı, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.