Bayramov da medalsız qaldı - Yenilənib

bayramov-da-medalsiz-qaldi
Oxunma sayı: 10152

Azərbaycanlı güləşçi Rövşən Bayramov Rio Olimpiadasında daha bir uğura imza atıb.

Qafqazinfo” xəbər verir ki, son iki Olimpiya Oyunlarının (Pekin-2008 və London-2012) gümüş mükafatçısı Rövşən Bayramov mübarizəyə 1/8 final mərhələsindən start verib.

Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olub. R. Bayramov rəqibini asanlıqla məğlub edib - 8:0.

Həmyerlimiz 1/4 finalda Mahadi El Messaudi (Mərakeş)/Xese David Tielke (ABŞ) cütünün qalibi ilə qarşılaşacaq.

***

Rövşən Bayramov ikinci görüşündə amerikalı rəqibi Xese David Tielke ilə qarşılaşıb. O, 9:0-lıq qələbə ilə yarımfinala yüksəlib.

***

Rövşən Bayramov yarımfinalda yapon güləşçi Ota Şinobunu məğlub etməli idi. Ancaq əsas medal ümidlərimizdən olan Rövşən görüşü məğlub başa vurub - 2:4.

Bayramov da bürünc medal üçün döşəkçəyə çıxacaq.

*** 

Rövşən Bayramov bürünc medal uğrunda norveçli Stig-Andre Berge ilə güləşib. İdmançımız görüşdən də məğlub ayrılıb.