DAK İran hakimiyyətinə dur dedi…

dak-iran-hakimiyyetine-dur-dedi
Oxunma sayı: 646


Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycanın ən böyük gölü olan, (bu göl dünyanın ikinci duzlu gölü kimi YUNESCO-da təbii xəzinə kimi tanınır) Urmiya gölünün qurudulmasına etiraz edən soydaşlarımıza qarşı İran hökumətinin amansız təzyiq üsulu tutmasına etiraz edərək bəyanat yayıb.

DAK yaydığı bəyanatda deyir: “Urmiya gölünün qurudulmasına İran rejiminin biganə münasibəti bu ölkədə illər uzunu aparılan Azərbaycan düşmənçiliyinin yeni bir mərhələsidir. İran adlanan yerin Azərbaycan vilayətlərinin iqtisadi cəhətdən inkişafına maraqlı olmayan, bu bölgənin əhalisinin müxtəlif əyalətlərə köçürülməsinə şərait yaradan, azərbaycanlıları hər cür milli, mədəni, fiziki təzyiqlər altında saxlayan, açıq şəkildə assimilasiya və repressiya siyasəti aparan fars hakimiyyəti Güney Azərbaycanın üzləşdiyi bu böyük fəlakətə, Urmiya gölünün qurumasına və onun fəlakətlərinin nəticələrinin bütün Güney Azərbaycana yayılmasına şərait yaradır”.
DAK bütün bunlarla bağlı dəfələrlə öz mövqeyini bildirmiş, İran adlanan yerin Azərbaycandakı səfirliyinin önündə aksiyalar keçirmiş, beynəlxalq ictimayyətə və təşkilatlara müraciətlər etmişdir.
Biz, DAK olaraq dünyada mövcud olan Azərbaycan diaspor təşkilatlarının ümumi mövqeyini və fikrini ifadə edərək Təbriz və Urmiyada “Urmiya” gölünün qurumasına biganə qaldığı üçün İran hökumətinə etiraz edən soydaşlarımıza qarşı başlatdığı təzyiq və təqib siyasətinə son qoymağı tələb edirik.
Həbs edilənlərin təcili azadlığa buraxılmasını və soydaşlarımızın haqlı tələblərinə, insan hüquq və azadlıqlarına İran hakimiyyətinin əməl etməsini tələb edirik.