Dəhşətli faciənin açıqlaması

dehsetli-facienin-aciqlamasi
Oxunma sayı: 660

Prokurorluğun mətbuat xidmətindən Qafqazinfoya daxil olan məlumatda bildirilir ki, iyunun 30-da "Avia-Ekologiya" Məhdud Məsuliyyətli Cəmiyyətin Gəncə Kərpic zavodunda qaynaqçı işləyən Əliyev Asif Cumalı oğlunun torpaq-gil qarışdıran avadanlığın valına düşərək ölməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumatla əlaqədar prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirib və digər zəruri hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1960-cı il təvəllüdlü, Goranboy rayonunun Ağamalıoğlu kənd sakini A.Əliyev iyunun 30-da gecə saat 02 radələrində torpaq-gil qarışdıran avadanlığın üzərində təmir işləri apararkən işlək vəziyyətdə olan həmin avadanlığın valına düşərək çoxsaylı bədən xəsarətləri alaraq ölüb.

Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.