“Bədənimdə siqaret söndürürdü” - 19 yaşlı qıza sevgilisi işgəncə verib

bedenimde-siqaret-sondururdu
Oxunma sayı: 6372

Binə qəsəbə sakini 1996-cı il təvəllüdlü Zərifə Məmmədova (ad, soyad şərti) polisə müraciət edərək sevgilisinin ona işgəncə verdiyini deyib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Z.Məmmədova bildirib ki, sevgilisi 1989-cu il təvəllüdlü Röyal Hacıməmmədov 4 ay ərzində mütəmadi olaraq ona işgəncə verib: "Hər gün məni "şunur" və kəmərlə döyürdü. Yalvarırdım ki etməsin. Çəkdiyi siqaretləri bədənimdə söndürürdü".

Faktla bağlı Xəzər RPI 2-ci Polis Bölməsində araşdırma aparılır.

Murad Əhməd