Premyer Liqada videokamera taxan ilk hakim oldu - Foto

premyer-liqada-videokamera-taxan-ilk-hakim-oldu
Oxunma sayı: 1659

İngiltərə Premyer Liqasının 36-cı turunda keçirilən “Kristal Pelas” – “Mançester Yunayted” matçında (4:0) hakim Carred Cillett başına “RefCam” kamerası taxıb.

“Qafqazinfo” “Sky Sports”a istinadən xəbər verir ki, Cillettin kamerasından çəkilən görüntülər ilin sonunda Premyer Liqada hakimliyin tələbləri ilə bağlı əlavə fikir təklif etmək məqsədi daşıyır. Buna görə də görüntülər canlı yayımlanmayıb.

Bununla da referi Carred Cillett İngiltərə Premyer Liqasında videokamera taxan ilk hakim olaraq tarixə keçib.

Qeyd edək ki, bu sxem hər iki klub, Beynəlxalq Futbol Assosiasiyaları Şurası və Premyer Liqa tərəfindən təsdiqlənib.