Belqorod atəşə tutulub

belqorod-atese-tutulub
Oxunma sayı: 1539

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Valuyski rayonunun Starıy Xutor kəndini atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün teleqram kanalında məlumat verib.

“Ukrayna Silahlı Qüvvələrinin Starıy Xutor kəndinə kamikadze pilotsuz uçuş aparatı vasitəsilə hücumu olub”, - o yazıb.

Qubernator vurğulayıb ki, ilkin məlumatlara görə, sakinlərdən heç kim xəsarət almayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.