Bərdədə polis bıçaqlandı - Yenilənib + Fotolar

Bərdədə polis bıçaqlandı
Oxunma sayı: 5809

Bərdə rayonunda polis əməkdaşı və bir qadın bıçaqlanıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə bu gün rayonun Qaradəmirçi kəndində baş verib.

Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, 1985-ci il təvəllüdlü Məmmədov Eşqin Rəhbər oğlu bıçaqlanıb. Onunla birgə bir qadın da bıçaq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Polis əməkdaşının bıçaqlanmasının təfərrüatları məlum olub. Rayon sakini Elçin Cəfərov bacısı Vüsalə Cəfərovanı münaqişə zəminində bıçaqlayıb. Bu zaman polis əməkdaşları müdaxilə edib və E.Cəfərov polis Eşqin Məmmədovu da bıçaqlayıb.

***

Münaqişə zamanı Vüsalə Cəfərovanın azyaşlı qızı da xəsarət alıb. Elçin Cəfərov bacısını vurmaq istəyərkən azyaşlı Fatimənin qulağına bıçaq zərbəsi dəyib və onun qulağı kəsilib.

Qeyd edək ki, V. Cəfərovanın 3 il əvvəl boşandığı bildirilir.

Tural Hüseynli





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi