Bərdədəki qəzalarda 2 piyada ölüb

berdedeki-qezalarda-2-piyada-olub
Oxunma sayı: 1329

Bərdə ərazisində yol-nəqliyyat hadisələri baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəzaların hər ikisi noyabrın 18-də qeydə alınıb. 

Şəhər sakini R.Məmmədov idarə etdiyi “Opel” markalı  avtomobillə yolu keçən Otuzikilər kənd sakini Məhəmməd Xəlilovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, Bərdə rayonunun Qasımbəyli kəndi ərazisində kənd sakini A.Hidayətli idarə etdiyi “Lada-2110” markalı avtomobillə yolu keçən şəhər sakini Pərviz Əhmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.