Bərpasına 846 milyon avro xərcləndi - Fotolar

berpasina-846-milyon-avro-xerclendi
Oxunma sayı: 4926

Fransanın paytaxtı Parisdə 5 il əvvəl yanğın zamanı zərər görən məşhur Notr-Dam kilsəsinin dekabrda yenidən açılışı planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, kilsənin bərpasına cavabdeh olan ictimai təşkilat, “Rebatir Notre-Dame de Paris”in Prezidenti Filip Cost tarixi binanın dekabrın 8-dən etibarən yenidən ziyarətçiləri qəbul etməyə başlayacağını deyib.

Onun sözlərinə görə, dağıntıların təmizlənməsi və təməllərin möhkəmləndirilməsindən sonra 2022-ci ildə başlayan yenidənqurma işlərində 250-dən çox şirkət, yüzlərlə rəssam, memar və mütəxəssis iştirak edib.

Qeyd edək ki, 1163-1345-ci illər arasında tikilən və Parisin simvollarından biri olan Notr-Dam kilsəsi 2019-cu ilin aprelin 15-də baş verən yanğın zamanı böyük dağıntıya məruz qalıb.

Belə ki, kilsənin bütün damı uçub, qülləsi dağılıb.

Təmir işləri üçün başladılan kampaniyada 846 milyon avro toplanıb.

Tarixi binada baş verən yanğının səbəbi hələlik müəyyən edilməyib.