Beş dəfə evlənən aktyor - “Ən böyük uğurum boşanmaqdır”

bes-defe-evlenen-aktyor
Oxunma sayı: 12768

5 dəfə evlənən Türkiyənin məşhur televiziya siması və aktyoru Cem Özer açıqlamaları ilə gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özer sonuncu həyat yoldaşı Pınar Dura ilə birlikdə Özlem Esra Adanın aparıcılıq etdiyi “Pembe Masa” adlı proqrama qonaq olub.

Daha əvvəl Sebla Pekcan, Selin Dilmen, Esin Maraşlıoğlu və Nurgül Yeşilçayla evlənən aktyor maraqlı açıqlamalar verib. O, keçmiş həyat yoldaşları ilə boşanma qərarının doğru olduğunu vurğulayıb:

“Ən böyük uğurum boşanmaqdır. İki uşağımın anası ilə eyni evdə həyat yoldaşı ola bilmədim, amma boşandıqdan sonra çox yaxşı dost olduq. Ona görə uşaqlarım belə xoşbəxtdir”. 

14 fevral sevgililər gününə özəl verilişə qatılan Cem Özer, “Pınar mənim 5-ci həyat yoldaşımdır və ondan əvvəlki bütün evliliklərim böyük səhv idi. Pınarla mən hələ də bir-birimizi sevirik. Hazırda Pınarla çox xoşbəxtəm”, - deyib. 

Proqramda cütlük necə tanış olduqlarından da danışıblar. 

“Dost məclisində oturarkən masa arxasında Cemlə üz-üzə gəldik. Birdən ətrafım bulanıq, Cem aydın oldu. Mən yalnız onun dediklərini eşitdim və yalnız onunla danışdım. Bir neçə gün sonra onu “Facebook”da izlədim və “Messenger”də yazdım, o da eyni şəkildə cavab verdi. Biz görüşməyə başladıq”, - Pınar Dura bildirib. 

Qeyd edək ki, Cem Özerin Sebla Pekcanla evliliyindən Cemre adlı qızı var. Nurgül Yeşilçay ilə 2004-cü ildə evlənən aktyor 2010-cu ildə boşanma qərarına gəlib. Özer və Yeşilçayın Osman Nejat adında bir oğlu var.