Beştərəfli görüşlə bağlı Prezidentin köməkçisindən tvit - Foto

besterefli-gorusle-bagli-prezidentin-komekcisinden-tvit
Oxunma sayı: 5275

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilmiş qeyri-rəsmi görüşlə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

“Prezident Şarl Mişel tərəfindən üçtərəfli formatda, həmçinin Almaniya və Fransanın iştirakı ilə Avropa Siyasi İcması çərçivəsində keçirilən görüş qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçdi. İyulda üçtərəfli görüşlərin növbəti mərhələsinin Brüsseldə keçirilməsi razılaşdırılıb”.

Qeyd edək ki, görüşdə 21 iyul Brüsseldə üçtərəfli görüşün keçiriləcəyi qərara alınıb. Həmçinin, bu dövr ərzində də XİN başçıların Vaşinqtonda növbəti görüşünün keçiriləcəyi bildirilib. Qeyd olunub ki, Vaşinqtonda əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq.

Həmçinin oxuyun: Сына депутата шантажировали фотографиями отца

Görüşdə əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə 3-tərəfli formatda aparılır.

Bu görüşlərdə də əsasən bir daha sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi vurğulanıb.