Beyaz azərbaycanlı qızla sevgilidir - Foto

beyaz-azerbaycanli-qizla-sevgilidir
Oxunma sayı: 4593

Türkiyənin məşhur şoumeni Beyaz (Beyazit Öztürk) azərbaycanlı xanımla sevgilidir.

“Qafqazinfo”nun Türkiyə KİV orqanlarına istinadən verdiyi məlumata görə, aparıcının iki ildir Lavin Ay ləqəbli xanımla eşq yaşadığı iddia edilib.

Bildirilir ki, 24 yaşlı Lavin bir müddətdir Beyazın Boğaz mənzərəli villasında yaşayır.

Gizli sevgi Ayın aparıcının evində çəkilən fotolarını sosial mediada tez-tez paylaşmasından sonra ortaya çıxıb.

Öztürkdən 28 yaş kiçik olan Lavinin iki ildir Türkiyədə yaşadığı, gözəllik və moda sektorunda çalışdığı vurğulanıb.