Beyləqanda 13 yaşlı qız səhvən sirkə içdi - Bakıya təxliyə olundu

beyleqanda-13-yasli-qiz-sehven-sirke-icdi
Oxunma sayı: 1505

Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib. 

“Qafqazinfo”nun xəbərinə görə, G.Quluzadə səhvən sirkə turşusu içib. Ailə üzvləri dərhal onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, hadisə bu gün saat 08:00 radələrində baş verib. Zəhərlənmə şübhəsi ilə 1 nəfər azyaşlı (qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

2012-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri diaqnozu təyin olunub.

Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakıda Respublika Toksikologiya Mərkəzinə təxliyə olunub. 

Ziya Əmirxanlı