Bıçaqçı kəndində bıçaqlanma

bicaqci-kendinde-bicaqlanma
Oxunma sayı: 816

Bakı şəhər sakini Zərdabda bıçaqlanıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Bıçaqçı kəndində keçirilən toy məclisində baş verib. 
 
Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zamiq Sərdar oğlu Salikov boğaz və qarın nahiyyələrindən aldığı  bıçaq xəsarətləri ilə Zərdab Rayon Mərkəzi xəstəxanasına, oradan isə  Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.   
 
İlkin məlumata görə, cinayəti törədərək hadisə yerindən qaçan şəxs gəlinin yaxın qohumu, Ağdaş rayon sakinidir.  

Faktla bağlı araşdırma aparılır.