Biləsuvarda iki gənc bıçaqlandı - Yenilənib

bilesuvarda-iki-genc-bicaqlandi
Oxunma sayı: 917

Biləsuvar rayonunda bıçaqlanma olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini, 2003-ci il təvəllüdlü Rəhimli Kənan Ramil oğlu və 2006-ci il təvəllüdlü Şahbazov Tərlan Niyamədddin oğlu bıçaqlanıb.

Hər iki gənc rayon xəstəxanasına çatdırılıb.

Boğaz nahiyəsindən ağır bıçaq yarası alan K.Rəhimli dərhal rayon xəstəxanasında əməliyyata alınıb.

İlkin məlumata görə, gənclərə bıçaq xəsarəti eyni şəxs tərəfindən vurulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Əməli törətməkdə şübhəli bilinən rayonun Bağbanlar kənd sakini, 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

***

Yaralı K.Rəhimli əməliyyat olunub, həkimlər vəziyyətini qənaətbəxş qiymətləndirir.

Surxay Şahbazov