Binəqədidəki yanğın söndürüldü - Video - Yenilənib

bineqedideki-yangin-sonduruldu
Oxunma sayı: 1280

Bakı şəhəri, Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

FHN-in məlumatına görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Binəqədi rayonunda istifadə olunmayan tikilidə baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 13:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə “Nəsimi” metrostansiyasının yaxınlığında baş verən yanğın səbəbilə çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (kişi) yerində yardım olunub”.

***

FHN-dən bildirilib ki, yanğın tam söndürülüb.