Bir dairədən iki Aysel Əlizadə... - Fotolar+Yenilənib

bir-daireden-iki-aysel-elizade
Oxunma sayı: 15955

Artıq dünəndən Yeni Azərbaycan Partiyasının parlament seçkilərində irəli sürdüyü namizədlərinin siyahısı müzakirə olunur.

"Qafqazinfo" xəbər verir ki, siyahıda bir çox adlar tanış gəlsə də, partiyanın 8 saylı Binəqədi 1-ci seçki dairəsindəki namizədi- Aysel İsmayıl qızı Əlizadə fikir ayrılıqlarına səbəb olub. Belə ki, bir çoxları onun müğənni Aysel Əlizadə, digərləri isə yazar, “125-lər hərəkatı”ndan həmin dairədən namizədliyini irəli sürmüş eyni ad soyadlı Aysel Əlizadə olduğunu iddia edirdi. Lakin yazar Aysel Əlizadə Alim qızıdır.

Azxeber.com saytı məsələ ilə bağlı kiçik araşdırma aparıb və YAP-ın namizədinin 135 nömrəli məktəbin müəllimi olduğu məlum olub. O, 1989-cu ildə İsmayıllı şəhərində dünyaya gəlib. Bakı şəhərində 135 saylı tam orta məktəbi 2006-cı ildə bitirib. Təfəkkür Universitetinin məzunudur.

2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Əlizadə 2014-cü ildə bələdiyyə seçkilərində uğur qazanaraq bələdiyyə üzvü seçilib.

Onu da qeyd edək ki, YAP-ın bu dairədən əvvəlki namizədi spiker Oqtay Əsədov idi.

Xatırladaq ki, Müsavat partiyası sözügedən dairədən Arzu Səmədbəylinin namizədliyini irəli sürüb.

***

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin yenidən hansı dairədən namizədliyini verəcəyi məlum olub.

Şuradan AzVision.az-a bildiriblər ki, A. Quliyevin bu dəfə namizədlyini 46 saylı Şirvan Seçki Dairəsindən verməyəcəyi dəqiqləşib.

Bildirilir ki, A.Quliyev bu dəfə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizədliyini irəli sürəcək.

Qeyd edək ki, ötən parlament seçkilərində 8 saylı Binəqədi birinci Seçki Dairəsindən spiker Oqtay Əsədov seçilib. Spiker bu dəfə 45 saylı Abşeron Seçki Dairəsindən namizədliyini irəli sürüb.

YAP-ın namizədi Aysel Əlizadə

 

 

“125-lər hərəkatı”ndan namizəd, yazar Aysel Əlizadə

 

Azay Quliyev