Bir sıra ölkələr Myanma vətəndaş hökumətini tanımağa hazırdır

bir-sira-olkeler-myanma-vetendas-hokumetini-tanimaga-hazirdir
Oxunma sayı: 1816

Bir sıra ölkələr Myanmanın hərbi xuntaya qarşı çıxanların formalaşdırdığı vətəndaş hökumətini tanımağa hazırdır.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Razılıq Hökumətinin nazirlərindən biri Luin Ko Latt keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir sıra ölkələr milli birlik hökumətini Asiya ölkəsinin qanuni hakimiyyəti kimi tanımağa hazırlaşır. “Biz bir sıra Qərb ölkələrindən və Yaxın Şərq dövlətlərindən müsbət rəylər almışıq”, - Latt deyib.

Daha əvvəl Myanmada hərbi çevrilişə qarşı yaradılmış İttifaq Assambleyasının Nümayəndələr Komitəsi (CRPH) vətəndaş hökumətinin formalaşdırıldığını bəyan edib.

Qeyd edək ki, Myanmada hərbi xunta və legitim hökumət üzvlərinin həbsinə qarşı etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həlak olanların sayı 728-ə çatıb.