“Birbank” və Umico.az-dan “Super-meqa-bomba” lotereya

birbank-ve-umicoaz-dan-super-meqa-bomba-lotereya
Oxunma sayı: 1159

Ölkənin ilk rəqəmsal bankı “Birbank” və Umico.az 4 noyabr tarixində yeni “Super-meqa-bomba” adlı lotereyaya start verdi. Bu lotereya istifadəçilərə böyük hədiyyələr qazanmaq şansı təqdim etməklə yanaşı, müştərilərə alış-verişlərini daha maraqlı və sərfəli edəcək.

Lotereyanın şərtlərinə əsasən Umico.az platformasında kreditlə 50 AZN və daha çox məbləğdə alış-veriş edənlər 3 şans, “Birbank” kartları ilə 50 AZN və daha çox məbləğdə alış-veriş edənlər 2 şans, digər ödəniş üsulları ilə 50 AZN və daha çox məbləğdə alış-veriş edən hər kəs isə 1 şans əldə edərək lotereyada iştirak edəcəklər.

10 tirajdan ibarət lotereyanın uduş fonduna 1500-dən çox hədiyyə daxildir. Hədiyyələr arasında məşhur elektronika məhsulları – “Dyson”, “iPhone”, “PlayStation”, “Apple Watch”, “AirPods”, “Honor Magicbook” və bir çox digər dəyərli hədiyyələr var. Lotereyanın əsas hədiyyəsi isə “ZEEKR 001 2024” avtomobili olacaq!

Bundan başqa, istifadəçilər Umico Premium abunəliyini əldə edərək 7000 AZN dəyərində səyahət sertifikatı qazanmaq üçün də şanslarını sınaya bilərlər. Ətraflı məlumat üçün: https://kbl.az/smbpr “Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz.

“Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.