Birləşən bələdiyyələr necə adlandırılacaq?

birlesen-belediyyeler-nece-adlandirilacaq
Oxunma sayı: 5502

Bələdiyyələrin birləşməsindən yaranan yeni bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olanın adına uyğun müəyyən ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək.