“Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsinin gündəmdə saxlanılması məhsuldar deyil”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim etdiyi videomüraciət zamanı deyib.
“Daha kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmayacağıq. Biz bu mövzunu bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik. Bizim öz həqiqətimiz var, amma bütün digərlərinin də öz həqiqəti var. Düşünməməliyik ki, biz müxtəlif instansiyalarda öz həqiqətimiz barədə danışanda beynəlxalq ictimaiyyət bizi alqışlayır”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistana rəğbət bəsləyən, onun baxış bucağını bölüşən ölkələr və bu ölkələrdə müəyyən siyasi dairələr olduğu kimi, elə eyni ölkələrdə Azərbaycanın yanaşmalarını bölüşən dairələr də olub və indi də var.
“Nəticədə, bütün bunlar başqalarının maraqlarına xidmət edən münaqişəyə gətirib çıxarırdı”, - hökumət başçısı qeyd edib.
Son xəbərlər
Son Xəbərlər