“Biz əlavə addımları nəzərdən keçiririk”

biz-elave-addimlari-nezerden-keciririk
Oxunma sayı: 1960

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, ölkə İrandan gələn hücumdan sonra atılacaq addımları düşünür.

“Qafqazinfo” xəbər verir ki, Baş Qərargah rəisinin açıqlamasını ordunun mətbuat xidməti yayıb.

“Biz əlavə addımları nəzərdən keçiririk. Bu qədər raketlərin və PUA-ların İsrail dövlətinin ərazisinə atılması cavabla qarşılanacaq”, - Halevi bildirib.

Qeyd edək ki, aprelin 13-də İran İsrailə doğru onlarla pilotsuz uçuş aparatı və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və PUA-ların 99%-ni vurduğunu bildirib.