“Biz Pakistan torpaqlarında iranlı terrorçuları hədəf alırdıq”

biz-pakistan-torpaqlarinda-iranli-terrorculari-hedef-alirdiq
Oxunma sayı: 2370

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Davosda keçirilən Dünya İqtisadi Forumunda İslam İnqilabı Keşikçiləri Korpusunun Pakistanın Bəlucistan əyalətinə etdiyi hücumu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Biz Pakistan torpaqlarında iranlı terrorçuları hədəf alırdıq”, - deyə İran XİN rəsmisi vurğulayıb.

O qeyd edib ki, Pakistanın xarici işlər naziri ilə danışıb və İranın Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib.

Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Zərbələrin ardınca Pakistan İrana nota verib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb.