“Bizi xeyli feyziyab etdi” - Rəsul Quliyev

bizi-xeyli-feyziyab-etdi-resul-quliyev
Oxunma sayı: 695

Müsavat partiyasının başqanı İsa Qəmbərin dünən gənclərlə görüşündə Rəsul Quliyevin Bakıya qayıtması üçün sənədə qol çəkməsinin səbəbini onun xalqın seçimini ilə deyil, Heydər Əliyevin istəyi ilə spiker seçildiyi ilə əlaqələndirilmişdi. “Qafqazinfo” xəbər verir ki, bu gün ACP lideri Rəsul Quliyev öz bloqunda İsa Qəmbərə cavab verib.

Rəsul Quliyev qeyd edib ki, İsa Qəmbərlə əlaqədar bir söz demək fikri yox idi: “Ancaq onu deyə bilərəm ki, 1990-cı ildə Ali Sovetə deputat seçkilərində Mütəllibov 12 nəfəri o cümlədən xalq cəbhəsindən namizədi seçki dairəmdən namizəd kimi irəli sürdürməklə mənim heç olmazsa ikinci tura belə keçməyimə nail ola bilmədi. Bütün respublikada mən yeganə adam idim ki, heç kimlə razılaşdırmamış namizədliyimi vermişdim və həm hökümət həmdə xalq cəbhəsi nümayəndələrini udmuşdum. Həmin seçkilərdə xalq cəbhəsinin liderlərindən biri sayılan İsa Qəmbər həmişəki kimi öz dairəsindən seçilə bilməmişdi. 1991-ci ildə Mütəllibov razılıq verəndən sonra mənim Bakı şəhərinə deputatlığa namizədliyimi verdiyim dairədən onunda parlamentə namizidliyini ikinci dəfə verdilər. Mənə lazım olan 2500 səsi verənlərin hamısından xahiş etdim ki, onlar həmdə İsa bəyə səs versinlər. 2500 seçicidən sonra seçki məntəqələri bağlandı, çünki heç kim daha səs verməyə gəlmədi. Ancaq bunun əhəmiyyəti o qədərdə yox idi. Mütəllibov artıq razılıq vermişdi. Mənim Bakı şəhərinə deputatlığım da böyük qalmaqalla baş tutdu. Polis qutuları oğurladı, ancaq xeyri olmadı. İnsanlar gecə səhərə qədər seçki komisiyasının qarşısından çəkilmədi. Mənə zəng etdilər ki, biz icra başçısının müavini Kovalyevanı seçməliyik, xahiş edirik deyəsən adamlar çıxıb getsin. Xeyri olmadı, məni seçdilər. Beləliklə mən tək parlament yox, Bakınında deputatı seçildim.

O vaxt Əliyev öz hayında idi, əksinə mən ona kömək edirdim. Əgər bu sözlərin qarşısına söz deyən tapılarsa, mən onlarla şahid tapa bilərəm ki, dediklərimi təsdiqləsin. O vaxt səs verənlərin azı 70 faizi sağ salamatdır. 1995-ci ildə hətta müxalifətdən olanlara da Əliyev icazə verə bilərdi, mənə yox. Əlbəttə mənim Əliyevin projesi ilə deputat seçilməyimi iddia edənlər ağ yalan danışırlar. Həmin 1995-ci ildə namizədliyimi irəli sürəndə İsa Qəmbər və başqa müxalifət liderlərinə müraciət etdim ki gəlib mənə rəqib olsunlar. Onu seçkilərə buraxmırdılar, xahiş etdim ki gəlsin mən iştirak edən dairədən namizədliyini versin. Təəssüf ki, bu işi görmədi. 2005-ci ildə mən yeganə deputatlığa namizədəm ki, bütün imza atılmış protokollara görə qələbə çalmışam. Hətta mənim seçkilərdə rəqibim Adil müəllimdə mənim udduğumu qeyd etdi. Avropa məhkəməsində də hökümət heç bu məsələni debata çıxarmadan seçkiləri saxtalaşdırdığını boynuna aldı. Əgər lazım gəlsə, mənim müxalifət liderlərinə gəlib mən verən dairədən namizədliklərini versinlər, müraciətimi qəzetlərdən, o cümlədən müxalifət qəzetlərindən və ya TV-yə verdiyim intervyulardan tapa bilərəm. Onu da qeyd edim ki, bu yeganə dairə idi saxtalaşdırma olmadı. Deyəsən mən 60 faiz səs toplamışdım. YAP isə 52 faiz.

ACP lideri əlavə edib ki, spiker məsələsində ilk şərt düzgün deputat seçilməkdir: ”Əgər saxta deputat seçilmisənsə, hətta qardaşımız Türkiyənin, yəni başqa ölkənin başçısının istəyi ilə spiker olsan da yenə legitim deyilsən. İkinci, mən tarixdə birinci dəfədir eşidirəm ki, spikeri xalq seçir. Ola bilər , 1993 və 1995-ci illərdə konstitusiyaya görə spikeri xalq seçirmiş, düzü bilməmişəm, boynuma alıram. Belə-belə işlər tarixçi qardaşlarım. Tarixçi diplomu almaqla tarixçi olmaq arasındakı məsafəni ola bilər ki on dəfə təkrar-təkrar yaşayasan, ancaq qət edə bilməyəsən. Tarixi bilmək istəyirsinizsə, tarix budur. Fikrimcə yalan danışmaqdan xəcalət çəkmək lazımdır, əgər bu mümkünsə. O ki qaldı onun qol çəkməməsinə bəlkədə inanmazsınız ancaq mən bundan çox məmnun oldum. Mən çox şad oldum ki, mənim Azərbaycana dönməyimdə bu şəxsiyyətin nəinki heç bir rolu, hətta heç bir əhəmiyyət kəsb etməyən imzası da olmadı. Onu da bilirəm ki, mənim respublikaya dönməməyimi o Əliyevlərdən də çox istəyir. Ancaq buna görə nəinki ondan incimirəm, əksinə hər yerdə deyirəmki ona təzyiqlər edirlər, rayonlara getməyə maneçiliklər törədirlər və sairə. Ona uğurlar. Qol çəkməməsinə görə də təşəkürlər, bizi xeyli feyziyab etdi”.

Günel