Bloqerin həyat yoldaşı döyülərək ölüb? - Yenilənib

bloqerin-heyat-yoldasi-doyulerek-olub
Oxunma sayı: 13371

Tanınmış bloqer Ayşən Mirzəyevanın bir həftə öncə nikaha daxil olduğu əri Kamal Namazov vəfat edib. A.Mirzəyeva iddia edib ki, bir neçə gün öncə əri iki nəfər idmançı şəxs tərəfindən döyülüb və ciyərindən xəsarət alıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

***

Ayşən Mirzəyeva daha sonra saytımızla əlaqə saxlayaraq bildirib ki, heç bir döyülmə hadisəsi baş verməyib: “Yoldaşım yatıb, səhər ayılmayıb”.

Murad Əhməd

Həmçinin oxuyun: Dini toy karvanı təşkil edənlər saxlanıldı, biri axtarışda imiş - Video

Polkovnikin nəvəsi intihar etdi - Foto