BMT Baş katibi vəzifəsinə yeganə namizəd Quterreşdir

bmt-bas-katibi-vezifesine-yegane-namized-quterresdir
Oxunma sayı: 1340

BMT Baş katibi seçkiləri, planlaşdırıldığı kimi, cari ayda keçirilməsi nəzərdə tutulur, hazırda yeganə namizəd Antonio Quterreşdir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın BMT-dəki daimi nümayəndəsi Sven Yurgenson bildirib.

“İyun ayında BMT üçün çox önəmli hadisə - yeni Baş katibin seçkiləri baş tutacaq”, - o deyib. Yurgenson qeyd edib ki, seçkilərin keçirilmə tarixi hələ təyin edilməyib.

Estoniyalı daimi nümayəndə bildirib ki, Quterreş hazırda yeganə namizəddir. “Növbəti dəfə, bəlkə çox namizəd olacaq”, - Yurgenson hesab edir.

Qeyd edək ki, Baş katib BMT Təhlükəsizlik Şurası tərəfindən seçilir və Baş Assambleya tərəfindən təsdiqlənir. Onun səlahiyyət müddəti yenidən seçilmək imkanı ilə beş il davam edir. Müddətlə bağlı heç bir məhdudiyyət yoxdur, lakin indiyə qədər heç kim bu vəzifəni 10 ildən çox tutmayıb.