BMU tələbəsinin qəfil ölüm səbəbi bilindi - Yenilənib

bmu-telebesinin-qefil-olum-sebebi-bilindi
Oxunma sayı: 17543

Oğuzda birinci kurs tələbəsi vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Bayan kənd sakini, 2005-ci il təvəllüdlü Aydan Vidadi qızı Umarova yaşadığı evdə özünü pis hiss edib.

O, Təcili Tibbi Yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Qeyd edək ki, 18 yaşlı Aydan Umarova Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi olub.

***

Əldə etdiyimiz məlumata görə, 18 yaşlı A.Umarova son 1 ayda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş.

O, düzgün qidalana bilmədiyi üçün təzyiq düşməsi səbəbindən vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mübariz Muradov