Boğazında qida qalan 2 aylıq körpə öldü - Yenilənib

bogazinda-qida-qalan-2-ayliq-korpe-oldu
Oxunma sayı: 1953

Abşeron rayonunda 2 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, 23.10.25-ci il təvəllüdlü Rəvanə Muxtarova yaşadığı Xırdalan şəhərindəki evdə boğazında qida qalması nəticəsində boğularaq vəfat edib.

Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Abşeron Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) dekabrın 23-ü saat radələrində 10:30 radələrində xəstəxananın Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub: “Anamnezə əsasən, pasiyent yarımçıq doğulmuş (6 aylıq), son 2 ay ərzində ev şəraitində valideyn nəzarətində saxlanılıb.

Xəstəxanaya qəbul zamanı ümumi vəziyyəti ağır qiymətləndirilib, III dərəcəli tənəffüs çatışmazlığı qeydə alınıb. Dəri örtükləri hipotrofik və sianotik olub. 

Dərhal reanimasiya tədbirlərinə başlanılıb və reanimatoloq, eləcə də pediatrın müşayiəti ilə 45 dəqiqə ərzində ürək-ağciyər reanimasiyası (CPR) aparılıb.

Aparılan intensiv tibbi müdaxilələrə baxmayaraq, saat 11:50 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb”.