Bolsonaru ilə Nyu-Yorka gedən diplomatda koronavirus tapıldı

bolsonaru-ile-nyu-yorka-geden-diplomatda-koronavirus-tapildi
Oxunma sayı: 2612

Birləşmiş Millətlər Təşkilatının (BMT) zirvə görüşündə iştirak etmək üçün Nyu-Yorka gedən Braziliya Prezidenti Jair Bolsonarunun nümayəndə heyətində diplomatlardan birində koronavirus aşkarlanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, diplomatın Bolsonaru ilə təmasda olmadığı və hazırda karantinə alındığı bildirilir.

Qeyd edək ki, Braziliya Prezidenti COVID-19 əleyhinə vaksinasiyaya qarşıdır. O, bu gün peyvənd məcburiyyəti səbəbindən Nyu-Yorkda restorana buraxılmayıb.

Braziliya Prezidenti restorana buraxılmadı - Foto