Boşanan cütlük eyni serialda rol alacaq

bosanan-cutluk-eyni-serialda-rol-alacaq
Oxunma sayı: 3038

Mart ayından etibarən şənbə günləri “Now” kanalında Türkiyənin yeni serialı - “Korkma ben yanındayım” yayımlanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, ekran işində Şevket Çoruh, Günay Karacaoğlu da rol alacaq.

Qeyd edək ki, Şevketlə Günay 1993-2004-cü illərdə ailəli olub. Onların Gülenay adlı qızları var. Şevket Çoruh 2018-ci ildə Özge Turna ilə, Günay Karacaoğlu isə 2022-ci ildə Saadettin Eskiçorapçı ilə ailə qurub.