“Böyük fəlakətdən qaça bilərlər...” - Məhərrəm Əliyev

“Böyük fəlakətdən qaça bilərlər...”
Oxunma sayı: 12539

Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri üzrə şöbəsinin rəisi, general-leytenant Məhərrəm Əliyev son günlər cəbhədə baş verən hadisələr barədə danışıb.

Məhərrəm Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, böyük fəlaktlər baş vermədən Azərbaycan torpaqları işğaldan azad edilməlidir: “Son günlər cəbhə bölgələrində işğalçı Ermənistan ordusu tərəfindən sərhəd boyunca Azərbaycanın yaşayış əraziləri ağır növ silahlardan atəşə tutulub. Bu silahlı hücumların nəticəsində dinc əhalidən və hərbçilərimizdən ölən və yaralananlar var. Şanlı ordumuzun cavab atəşləri nəticəsində erməni işğalçıları xeyli sayda canlı qüvvə və hərbi texnika itiriblər. Azərbaycan xalqı sülhsevər xalqdır. Yaxşı olar ki, qan tökülmədən işğal olunan ərazilərimiz azad edilsin. Hələki çox gec deyil, ermənilər böyük fəlakətlərdən qaçmaq olar. Təəssüflər olsun ki, bu hücumların nəticəsində Azərbaycanın dinc əhalisindən və hərbçilərimizdən itkilər var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bunu Azəbaycan əsgərinin bir qəhrəmanlıq salnaməsi kimi qiymətləndirirəm” .

Qeyd edək ki, son bir neçə gündə aparılan hərbi əməliyyatlarda düşmənin yüzlərlə canlı qüvvəsi, onlarla hərbi texnikası məhv edilib, işğal olunmuş ərazilərin bir hissəsi geri qaytarılıb.

Murad Əhməd