Elvin Cəfərquliyev ilk oyununa çıxdı, qol vurdu - Yenilənib

elvin-ceferquliyev-ilk-oyununa-cixdi-qol-vurdu
Oxunma sayı: 5354

“Qarabağ”ın əsas heyətindən qovulan Elvin Cəfərquliyev əvəzedici heyətlə ilk oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu gün “Zirə”nin əvəzedici komandasına qarşı keçirilən matçda start heyətdə yer alıb.

Elvinlə yanaşı Abbas Hüseynov da əvəzedici komandanın start heyətində yer alıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.

***

Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedici heyətdə qol vurublar. Abbas Hüseynov 49-cu dəqiqədə “Qarabağ”ın ikinci qolunun müəllifi olub. E.Cəfərquliyev isə 73-cü dəqiqədə penaltidən fərqlənib.

Qarşılaşma “Qarabağ”ın 5:1 hesablı qələbəsi ilə bitib.