Böyürtkən yığarkən ehtiyatsızlıqdan güllə yarası aldı - Fotolar

boyurtken-yigarken-ehtiyatsizliqdan-gulle-yarasi-aldi
Oxunma sayı: 4495

Salyanda 63 yaşlı kişi güllə yarası alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərzisində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü kənd sakini İsgəndər Tağıyev kənd ərazisindəki sahədə böyürtkən yığırkən naməlum istiqamətdən açılan güllənin qırmaları onun gözünə və bədənin bir neçə nahiyəsinə dəyib.

O, kənd sakinlərinin köməyi ilə rayon xəstəxanasına çatdırılıb, dərhal yaralıya cərrahi müdaxilə olunub, həyati təhlükəsi yoxdur.

Sakinlərin sözlərinə görə, İsgəndər Tağıyev heç kimlə mübahisəsi olmayan zəhmətkeş şəxsdir.

Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.

Surxay Şahbazov