BQXK-nın Bakıdakı ofisi bu tarixdə bağlanır

bqxk-nin-bakidaki-ofisi-bu-tarixde-baglanir
Oxunma sayı: 1697

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 3-ü Bakıdakı ofisini bağlayacaq.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndəliyinin rəhbəri Dafne Mare jurnalistlərə açıqlamasında bildirib. 

Marenin sözlərinə görə, bununla belə, Azərbaycan rəhbərliyi ilə iş davam etdiriləcək və bu istiqamətdə müzakirələr davam edir. 

O xatırladıb ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətnində itkin düşənlərin taleyinin araşdırılması üçün beynəlxalq strukturlarla işin zərurəti qeyd olunub: “BQXK neytral təşkilat olaraq öz xidmətlərini təklif etməyə davam edəcək”.

Xatırladaq ki, bir müddət əvvəl BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılmışdı.