Böyük Britaniya İrandakı diplomatik heyətini təhlükəsizlik səbəbi ilə təxliyə edib.
“Qafqazinfo” “Sky News” telekanalına istinadən xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İrandakı diplomatik missiyanın fəaliyyətini müvəqqəti olaraq dayandıraraq, heyəti ölkədən çıxarıb.
Rəsmi açıqlamada bu addımın Britaniya vətəndaşlarının və diplomatik korpusun təhlükəsizliyini təmin etmək məqsədilə atıldığı vurğulanıb. Təxliyənin təfərrüatları barədə geniş məlumat verilməsə də, bunun regionda son günlər artan hərbi gərginliklə bilavasitə bağlı olduğu ehtimal edilir.
Xatırladaq ki, sözügedən qərar Yaxın Şərqdə, xüsusən də İran və ABŞ arasında nüvə danışıqlarının dalana dirənməsi və hərbi eskalasiya riskinin yüksəlməsi fonunda verilib.
Son xəbərlər
Son Xəbərlər