Britaniyalı səfir “Qarabağ”a belə dəstək oldu

britaniyali-sefir-qarabaga-bele-destek-oldu
Oxunma sayı: 738

“Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” hesabında yazıb.

“Liverpul” – “Qarabağ” oyunu üçün çox həyəcanlıyam! Bu gün “Qarabağ” üçün Çempionlar Liqasında həlledici gündür. Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir.

“Liverpul” azarkeşləri, əlbəttə ki, gur olacaq, amma mən qonaqlar üçün daha da uca səslə dəstək olacam”, - deyə səfir əlavə edib.