Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinə müraciət edən insanlar təhqiramiz münasibətlə üzləşirlər. Bu barədə “Qafqazinfo”ya son vaxtlar bir neçə dəfə ardıcıl olaraq səfirliyə müraciət etməli olan şəxslərdən biri verib. Məlumata görə, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinə müraciət etməli olan şəxslərə qarşı insanlığa zidd davranış göstərilir. Belə ki, səfirliyin binasına daxil olarkən girişdə təxminən yerdən 50-70 santimetr hündürlükdə stol qoyulub. Həmin stolun üstündə isə mikrofon quraşdırılıb. Bu mikrofon vasitəsi ilə şüşə arxasında oturmuş səfirlik əməkdaşı korpusa müraciət edən şəxsləri qəbul edir. Maraqlıdır ki, səfirliyə daxil şəxs ona verilən sualları cavablandırmaq üçün yerdən 50-70 santimetr hündürlükdə olan mikrofonun qarşısına əyilməli, sözün əsil mənasında ikiqat olaraq suallara cavab verməlidir. Sual-cavab isə əksər hallarda yarım saata qədər çəkir ki, həmin müddətdə adam az qala yerdən quraşdırılan mikrofonun qabağında iki qatlanmış vəziyyətdə ( bu poza Azərbaycan türkcəsində ayrı sözlə ifadə olunur, lakin ifadənin vulqarlığını nəzərə alıb onu bu yazıda işlətmirik) bu cür də dayanmalıdır.
Məlumata görə, səfirliyin girişində hökm sürən bu biabırçı situasiyaya dəfələrlə etirazlar edilib. Lakin qarşı tərəf bundan həzz alırmış kimi heç bir ölçü götürməyib.
İşləri gücləri dünyaya “insan haqları bağırmaq” olan bir ölkənin səfirliyində adamlara göstərilən bu təhqiramiz münasibətin adı insan haqlarının pozulması deyilsə, bəs nədir? Bu hələ qapının ağzında görünənlərdir. Gör indi qapının arxasında nələr baş verir...
Səfirlik məsələyə hər hansı bir aydınlıq gətirəcəksə dərc etməyə hazırıq
Son xəbərlər
Son Xəbərlər