Britaniyanın keçmiş Baş naziri Zelenskinin müşaviri oldu

britaniyanin-kecmis-bas-naziri-zelenskinin-musaviri-oldu
Oxunma sayı: 2036

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın keçmiş Baş naziri Rişi Sunakı özünə müşavir təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Independent” məlumat yayıb.

“Rişi Sunak Ukrayna hökumətinə iqtisadiyyatın bərpası ilə bağlı məsləhətlər verməyə başlayıb, belə ki, Kiyev gələn qışa qədər öz enerji sektorunu bərpa etməyə ümid edir”, – nəşr yazır.

Böyük Britaniyanın keçmiş baş nazirinin üzvü olduğu beynəlxalq qrup Ukraynaya müdafiə investisiyalarının cəlb edilməsinə və ölkənin enerji dayanıqlığının gücləndirilməsinə kömək etməyi planlaşdırır.