Bu avtobuslar da yenilənir

bu-avtobuslar-da-yenilenir
Oxunma sayı: 652

Paytaxtın Yeni Suraxanı və Şüvəlan qəsəbələrini əlaqələndirən 146 nömrəli marşrut üzrə mövcud avtobusların yenilənməsi həyata keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, keçirilən müsabiqənin nəticəsinə əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə müasir “Karsan” markalı avtobuslar veriləcək. 

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.55 AZN təşkil edəcək.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.