Bu da 6 kq doğulan körpənin - Videosu

bu-da-6-kq-dogulan-korpenin
Oxunma sayı: 18971

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 6 kiloqram çəkidə körpə dünyaya gəlib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva körpənin sabah evə buraxılacağını bildirib. 

Onun sözlərinə görə, hazırda körpənin vəziyyəti normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir:

“Bu, ananın 3-cü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi 4 kq 600 qramlıq körpəsi də təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib”.

Doğumdan əvvəl anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördüklərini deyən S.Mehdiyeva qeyd edib ki, o, bundan imtina edib:

“Ananın özünün də boyu uca, çəkisi çoxdur. Buna baxmayaraq, doğuşdan əvvəlki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən yox, tamamilə təbii şəkildə belə çoxdur. Körpə sabah evə buraxılacaq”.