Bu da “dördgöz” bayquş!

bu-da-dordgoz-bayqus
Oxunma sayı: 2205

Yunan fotoqraf Dmitri Vavlis çəkdiyi fotoşəkilləri kompyuterinə köçürərkən bu “dördgöz” bayquşu gördükdə çox təəccüblənib.

İngiltərənin “Deyli Meyl” qəzetində dərc olunan xəbərə görə, çəkdiyi fotoşəkilə baxdıqda çox təəccübləndiyini deyən fotoqraf bayquşun şəklini çəkdiyi zaman belə bir “əsər” alınacağını gözləmədiyini etiraf edib.

Şəklə diqqətlə baxdıqda isə orada dörd gözlü bayquş deyil, arxa-arxaya dayanmış 2 bayquş görünür. Yunanıstanda çəkilən fotoşəkil hazırda internetdə ən çox baxılan şəkillər arasındadır.

azerimuslims